Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 Mart soyqırımı xalqımızın silinməz tarixi yaddaşıdır

0

  •         Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin
    mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il
    xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və
    nəhayət, həqiqət anı yetişdi.

          Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən
    sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı
    yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər
    bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı
    haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına
    siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə
    çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan
    xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31
    mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

           1918-ci
    il mart soyqırımları öz amansızlığına  və
    miqyasına görə təkcə Azərbaycan tarixində deyil, dünya miqyasında belə faciə
    olmayıb. Faciədə erməni cəlladları uşağa, qocaya baxmadan onlara amansız işgəncələr, qətliamlar törədiblər. Bu faciədə Azərbaycan xalqı ilə yanaşı, rus, ləzgi, talış, avar
    millətindən olan insanları qılıncdan keçiriblər. Bu qətliamda 10 mindən artıq vətəndaşımız
    qurban olub. Faciə Azərbaycan demək olar ki, çox bölgəsini əhatə edib.

            Təkcə
    Şamaxıda baş verən qırğından 7 mindən çox soydaşımız öldürülüb. Onlardan 1653
    qadın və 965 uşaqın öldürüldü bildirilir. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

            Ulu öndər Heydər
    Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində
    bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq
    aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və
    sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların
    coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu
    sübuta yetirir. Azərbaycan Respubilkasının Prezdenti İlham Əliyev 30 dekabr
    2009-cu il tarixli Sərancamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”
    nin  yaradılmasına qərar
    verilmişdi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sal
    sahilində inşa edilmişdi. 2013-cüildə sentyabırın 18-də açılışı olmuşdu.

            Prezident İlham Əliyevin 2018-ci il
    yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların
    soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində
    yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən
    geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl
    azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya
    ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilib.

     Vüqar İsmayılov,

    YAP Xocalı rayon təşkilatının
    əməkdaşı

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib37 dəfə
    31 Mart soyqırımı xalqımızın silinməz tarixi yaddaşıdır

    Maraqlı gələ bilər
    39
    47
    29
    41